Son yeniləmə: 29 Mart 2022 13:00
Bayraqdar.info – Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli Qazaxıstanın 2-ci dərəcəli “Dostluq” ordeni ilə təltif edilib. Bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev müvafiq qərar imzalayıb.
Qazaxıstanın Xarici İşlər Nazirliyindən bayraqdar.info-ya verilən məlumata görə, xarici işlər nazirinin birinci müavini Şaxrat Nurışev ordeni Füzuli Məcidliyə təqdim edib.
Bildirilir ki, “Dostluq” ordeni ölkənin sosial-iqtisadi və mədəni inkişafında xidmətlərə, ictimai proseslərdə fəal iştiraka, həmçinin xalqlar arasındakı dostluq və əməkdaşlığın gücləndirilməsindəki xidmətlərə görə verilir.
Məlumatda o da deyilir ki, mənzil qərargahı Nur-Sultanda yerləşən BTA 2010-cu il mayın 25-də Qazaxıstanın təşəbbüsü ilə yaradılıb. Akademiyanın üzvləri olan ölkələr Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədir.