Press "Enter" to skip to content

Tələbələrin “Mühəndislik düşərgəsi” başa çatıb

Tələbələrin "Mühəndislik düşərgəsi"

Son yeniləmə: 29 Mart 2022 17:05

Bayraqdar.info – 24-28 mart tarixlərində Şəkidə təşkil edilən tələbələrin “Mühəndislik düşərgəsi”nin bağlanış mərasimi baş tutub. Düşərgə Təhsil İnstitutunun (ARTİ) və Təhsil Nazirliyinin “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.

Təhsil Nazirliyindən bayraqdar.info-ya martın 29-da qeyd edilib ki, düşərgənin son günü “PROKON” şirkətinin layihə rəhbəri Məmmədağa Mehdiyev “Necə mühəndis olmalı?” mövzusunda çıxış edib. O, dünyada mühəndislik sahəsində baş verən təcrübələr, mühəndislikdə idarəetmə, hədəflər haqqında danışıb.

“Bağlanış mərasimində çıxış edən ARTİ-nin İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Tural Alışov 5 gün ərzində düşərgəyə gələn, tələbələrlə məsləhətlərini, biliklərini bölüşən mühəndislərə və idarəçilərə öz minnətdarlığını bildirib. Tural Alışov mühəndislik sahəsinin əhəmiyyətini bir daha vurğulayaraq düşərgə iştirakçılarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra düşərgə iştirakçıları sertifikatlarla təltif ediliblər”, – deyə xəbərdə vurğulanır.

Mission News Theme by Compete Themes.