Press "Enter" to skip to content

Təhsil naziri Şəmkirdə vətəndaşları qəbul edəcək

Emin Əmrullayev

Son yeniləmə: 29 Mart 2022 11:30

Bayraqdar.info – Təhsil naziri Emin Əmrullayev aprelin 22-də Şəmkir şəhərində Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarında qeydiyyatda olan sakinləri qəbul edəcək. Təhsil Nazirliyindən bayraqdar.info-ya martın 29-da verilən xəbərdə bildirilir ki, qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

“Qeyd olunan şəhər və rayonların sakinləri 29 mart – 12 aprel 2022-ci il (saat 18:00-dək) tarixlərində Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng, elektron  və rəsmi “Whatsapp” xidmətinə (0512067848) müraciət etməklə qəbula yazıla bilərlər.

“Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər. Həmin şəxslər qəbulun keçirildiyi otağa şəxsiyyət vəsiqəsi əsasında buraxılacaqlar.

“Qeyd edək ki, qəbulun keçirildiyi məkanda müvafiq sanitar-gigiyenik normalara əməl olunmalıdır”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.