Son yeniləmə: 29 Mart 2022 18:40
Bayraqdar.info – Martın 29-da qardaş Türkiyənin Cümhurbaşqanı Recep Tayyip Erdoğanın qardaş Özbəkistana ikigünlük səfəri başlayıb. Artıq Türkiyə Cümhurbaşqanını aparan təyyarə Daşkəndə çatıb.
Cumhurbaşkanı @RTErdogan Özbekistan'da pic.twitter.com/mzYMLBBYP3
— T.C. Cumhurbaşkanlığı (@tcbestepe) March 29, 2022
Anadolu Ajansı xəbər verir ki, Türkiyə Cümhurbaşqanını və xanımını hava limanında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroat Mirziyoyeva qarşılayıb. Qarşılanma mərasimində həmçinin Özbəksitan xarici işlər nazirinin müavini Qayrat Fazilov, Daşkənd valisi Cihangir Artikhocayev, Türkiyənin Özbəkistandakı səfiri Olgan Bekar və xanımı Nurgül Bekar, səfirlik əməkdaşları iştirak edib
Qeyd edək ki, Recep Tayyip Erdoğanı səfərdə milli müdafiə naziri Hulusi Akar, ədliyyə naziri Bəkir Bozdağ, Türkiyə Cümhurbaşqanlığı İletişim Başkanı Fahrettin Altun, əmək və sosial müdafiə naziri Vedat Bilgin, səhiyyə naziri Fahrettin Koca, maliyyə naziri Mehmet Muş və Cümhurbaşqanlığı müdafiə sənayesi başqanı İsmail Demir müşayət edir.
Məqalədə Türkiyə ilə Özbəkistanın 5 milyard dollarlıq ticarət hədəfinə doğru möhkəm addımlar atdığı, iki ölkə arasında ticarət həcminin keçən il 3,6 milyard dolları keçdiyi qeyd edilib.
Cumhurbaşkanı @RTErdogan, Taşkent'te Yeni Özbekistan Parkı'ndaki Bağımsızlık Anıtı'na çelenk sundu. pic.twitter.com/PjkH6AMvwN
— T.C. Cumhurbaşkanlığı (@tcbestepe) March 29, 2022
Hava limanından birbaşa Yeni Özbəkistan Parkına gələn R.T.Erdoğan və xanımı Eminə Erdoğan Müstəqillik abidəsi önünə əklil qoyub. Burada onları Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroat Mirziyoyeva müşayət ediblər.
Cumhurbaşkanı Erdoğan, Özbekistan’da Resmî Törenle karşılanıyor
https://t.co/OGSdfWWY4K— T.C. Cumhurbaşkanlığı (@tcbestepe) March 29, 2022
Sonra Özbəkistan Prezidenti tərəfindən ali qonağın rəsmi qarşılanma mərasimi olub.
Yeri gəlmişkən, R.T.Erdoğan səfər ərəfəsində “Yeni Özbəkistan” qəzetinə “Türkiyə-Özbəkistan: Qardaşlıq hüququna əsaslanan əbədi dostluq və əməkdaşlıq” başlıqlı məqalə yazıb.
Məqaləsində Türkiyə Cümhurbaşqanı Türkiyə ilə Özbəkistan arasında “qardaşlıq hüququna əsaslanan strateji tərəfdaşlıq” kimi dəyərləndirilən münasibətlərin hər sahədə qarşılıqlı etimad mühitində bütövlükdə kök saldığını bildirib.
[…] Recep Tayyip Erdoğan Özbəkistanda – YENİLƏNİB […]
[…] Recep Tayyip Erdoğan Özbəkistanda – YENİLƏNİB […]