Bayraqdar.info – Məlum olduğu kimi, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəli hazırlanıb. Cədvələ əsasən mədəniyyət naziri Anar Kərimov aprelin 15-də saat 10:00-da Xaçmaz şəhər Tarix-Diyarşünaslıq Muzeyində Xaçmaz şəhərindən və Şabran rayonundan olan vətəndaşların qəbulunu keçirəcək.
Bu barədə martın 29-da bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən məlumat verilib. Məlumatda deyilir ki, vətəndaşlar Nazirliyin elektron poçt ünvanı və (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə 12 aprel 2022-ci tarixinə qədər qəbula yazıla bilərlər.
“Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri tövsiyə olunur”, – deyə məlumatda bildirilir.