Press "Enter" to skip to content

KOICA tərəfindən məktəblərə planşetlərin təqdim olunması mərasimi

KOİCA

Son yeniləmə: 29 Mart 2022 16:59

Bayraqdar.info – Martın 29-da “Müəllimlərin potensialının artırılması və Təhsil Nazirliyi üçün Təhsil İnformasiya Sisteminin qurulması” qrant layihəsi çərçivəsində planşetlərin təqdim olunması ilə bağlı təhvil-təslim aktının imzalanması mərasimi keçirilib.

Təhsil Nazirliyindən bayraqdar.info-ya verilən məlumatda deyilir ki, mərasimdə təhsil nazirinin müavini Muxtar Məmmədov, Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lee Eun Yong və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) ölkə üzrə direktoru Moon Jong Hyun iştirak edib.

Tədbirdə nazir müavini Muxtar Məmmədov Azərbaycan və Koreya arasında təhsil sahəsində əməkdaşlığın dinamik inkişafını vurğulayıb. O, Bakı Mühəndislik Universiteti ilə Koreyanın INHA Universiteti arasında bakalavriat səviyyəsində mühəndislik ixtisasları istiqaməti üzrə ikili diplom proqramının həyata keçirildiyini xüsusi qeyd edib. Nazir müavini Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişafında verdiyi töhfəni yüksək qiymətləndirib.

“Daha sonra fövqəladə və səlahiyyətli səfiri Lee Eun Yong çıxış edərək Koreya Respublikasının təhsil sahəsində ölkəmizlə mövcud əməkdaşlığın daha da genişlənməsində maraqlı olduğunu qeyd edib.

“Tədbirin sonunda “Müəllimlərin potensialının artırılması və Azərbaycan Respublikası Təhsil Nazirliyi üçün Təhsil İnformasiya Sisteminin qurulması” qrant layihəsi çərçivəsində ölkənin ümumi təhsil müəssisələrinə paylanılması nəzərdə tutulan 875 ədəd planşetin təqdim olunması üçün təhvil-təslim aktı imzalanıb”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.