Press "Enter" to skip to content

İstanbulda tarix yazıla bilər

Son yeniləmə: 29 Mart 2022 11:17

Bayraqdar.info – Martın 29-da bütün dünyanın diqqəti İstanbula yönələcək. Çünki bu gün Rusiya-Ukrayna danışıqlarının növbəti raundu İstanbulda baş tutacaq.

Artıq marın 28-də hər iki ölkənin nümayəndə heyəti Türkiyəyə gəlib. Öncə yerli vaxtla saat 16:00-da Rusiya, daha sonra saat 22:00-da isə Ukrayna heyətini gətirən təyyarə Atatürk hava limanına enib.

Anadolu Ajansı xəbər verir ki, tərəflər bu gün Türkiyə Cümhurbaşqanlığı Dolmabahçe Çalışma Ofisində bir araya gələcək. Bundan öncə isə Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan nümayəndə heyətləri ilə görüşəcək.

Müzakirələrin martın 29-u Türkiyə vaxtı ilə saat 10:30-da başlaması planlaşdırılıb. Tərəflər arasında müzakirələr iki gün davam edəcək. Bu müzakirələrdən müsbət bir nəticə ələd ediləcəyi gözlənilir. Bir sözlə, İstanbuld atarix yazıla bilər.

2 Comments

Comments are closed.

Mission News Theme by Compete Themes.