Press "Enter" to skip to content

Fikri Ataoğludan Mersin qazilərinə özəl münasibət

Son yeniləmə: 29 Mart 2022 19:35

Bayraqdar.info – “Sizlər qonaq deyil, öz evinizdəsiniz”.

Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) baş nazirinin müavini, turizm, mədəniyyət, gənclik və ətraf mühit naziri Fikri Ataoğlu Mersindən gələn qazilərlə görüşdə deyib. Qazilərin səfəri KKTC-nin quruluşunun 38-ci ildönüm münasibətilə Türkiyənin Mersin valiliyinin təşəbbüsü, həmçinin Mersin Universiteti ilə Doğu Akdeniz Universitetinin əməkdaşlığı çərçivəsində baş tutub.

Kibris Gazetesi xəbər verir ki, səfər çərçivəsində Kıbrısda şəhid olan döyüş yoldaşlarının məzarlarını ziyarət edən Mersindən olan 38 Kıbrıs qazisi bir sıra görüşlər də keçirib.

Qaziləri qəbul edən F.Ataoğlu “Canınızı ortaya qoyaraq qurulmasında böyük pay sahibi olduğunuz bu dövlətin bir nazir olmuşamsa bunda sizlərin payı çox dəyərli və böyükdür”, – deyib.

“Mücahid və Mehmetçiyin ortaya qoyduğu birgə mübarizə nəticəsində bu gün öz dövlətimizin damı altında azad və müstəqil, təhlükəsizlik və əmin-amanlıq içində yaşamaq fürsəti tapırıq”, – deyən F.Ataoğlu Türkiyə ilə KKTC-nin əməkdaşlığından da bəhs edib.

Görüş digər çıxışlarla və heyətdə olan bir Kıbrıs qazisinin yazdığı “Kıbrıs” şeirinin oxuması ilə başa çatıb.

Mission News Theme by Compete Themes.