Press "Enter" to skip to content

Ərşad Salihi: Kərkükdə PKK terror təşkilatının varlığı narahatlıq doğurur

Son yeniləmə: 29 Mart 2022 00:21

Bayraqdar.info – “Kərkükdə PKK terror təşkilatının varlığı narahatlıq doğurur”.

Bunu İraq parlamentindəki türkmən qrupun rəhbəri və İraq Türkmən Cəbhəsi Kərkük millət vəkili Ərşad Salihi deyib.

Türkmeneli TV xəbər verir ki, Ə.Salihi bununla bağlı xüsusi xəbərdarlıqla çıxış edib. O, verdiyi yazılı açıqlamada Kərkükün şimalındakı Şüvan bölgəsində bir araya gələrək şənliklər keçirən PKK terror təşkilatının üzvlərinin hazırda şəhər üçün ciddi təhlükə yaratdığını bildirib.

Kərkükdəki federal təhlükəsizlik qüvvələrini bölgənin təhlükəsizliyini daha yaxşı və ciddi şəkildə nəzarətə götürməyə çağıran Ə.Salihi, terror təşkilatı üzvlərinin Kərkükdə bayram keçirmələrinin İraq xalqına, hökumətinə və parlamentinə meydan oxuması kimi dəyərləndirildiyin bildirib.

Ə.Salihi İraq hökuməti və İraq kürd regional rəhbərliyini Kərkük və İraqda PKK terror təşkilatının varlığına son qoymaq üçün ciddi addımlar atmağa və hərəkətə keçməyə çağırıb.

Mission News Theme by Compete Themes.