Son yeniləmə: 28 Mart 2022 20:07
Bayraqdar.info – Martın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Söhbət zamanı V.Zelenski dövlət başçısını Ukraynadakı vəziyyət barədə məlumatlandırıb.
Xəbəri Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.
“Prezidentlər humanitar dəhlizlərin yaradılması və sülh danışıqlarının davam etdirilməsinin vacibliyini qeyd ediblər. Danışıq əsnasında Prezident V.Zelenski tibbi ləvazimatlar daxil olmaqla, Ukraynaya göstərilən humanitar yardıma görə Prezident İ.Əliyevə təşəkkürünü bildirib”, – deyə xəbərdə bildirilir.
İ.Əliyev də öz növbəsində bildirib ki, Azərbaycan humanitar məsələlərə böyük önəm verir və bunu xüsusi diqqətdə saxlayır.
Əlavə edək ki, V.Zelenski telefon danışığı haqqında özünün sosial media hesabında paylaşım edib.
Провів переговори з Президентом Азербайджану @azpresident. Поінформував про нові удари по мирному населенню. Обговорили негайну потребу в зелених коридорах. Подякував за гуманітарну допомогу та готовність забезпечити пальним для посівної.
— Volodymyr Zelenskyy / Володимир Зеленський (@ZelenskyyUa) March 28, 2022