Son yeniləmə: 28 Mart 2022 09:31
Bayraqdar.info – Almaniyanın paytaxtı Berlində şahmat üzrə FIDE Qran-Pri seriyasının üçüncü mərhələsinin yarışları davam edir.
Azərbaycan Şahmat Federasiyasından bayraqdar.info –ya bildirildiyinə görə, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 5-ci turda Leyner Dominqeslə (ABŞ) mübarizə aparıb. Qarşılaşma heç-heçə ilə başa çatıb. Şahmatçı ötən 5 turda 3 xal toplayıb. O, bu nəticəyə görə öz qrupunda Leyner Dominqeslə 1-2-ci pillələri bölüşür.
“Xatırladaq ki, Şəhriyar Məmmədyarov bundan əvvəl Belqradda keçirilmiş FIDE Qran-Pri seriyasının ikinci mərhələsində D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurub və yarımfinala yüksələ bilməyib”, – deyə xəbərdə bildirilir.