Son yeniləmə: 28 Mart 2022 11:52
Bayraqdar.info – Qaradağ Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Qızıldaş qəsəbəsindəki 180 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Gənclər və İdman Nazirliyindən martın 28-də bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, tədbirdə İdarənin rəisi Elçin Abbasov, 180 saylı tam orta məktəbin direktoru Atakişi Cəfərov, Qaradağ Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin inspektoru polis mayoru Anar Həmidli və 38-ci polis bölməsinin rəis müavini vəzifəsini əvəz edən polis mayoru Elmar Xəlilov iştirak ediblər.
“Tədbirdə çıxış edənlər dövlətin, millətin, xalqın gələcəyinin sağlam, etibarlı gənclikdən çox asılı olduğunu bildiriblər. Qeyd edilib ki, buna görə də gənc nəslin sağlam ruhda tərbiyəsi dövlətin və cəmiyyətin əsas vəzifəsi hesab olunur. Sonra narkotik vasitələrin zərərləri haqqında videoçarx nümayiş etdirilib. İştirakçılara narkomaniyanın fəsadlarını göstərən maarifləndirici broşürlər paylanılıb”. Xəbərdə belə deyilir.