Press "Enter" to skip to content

On üç nəfər TOEFL iBT imtahanı verib

TOEFL iBT

Son yeniləmə: 28 Mart 2022 10:22

Bayraqdar.info – Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında TOEFL iBT imtahanı keçirilib.

Mərkəzdən bayraqdar.info-ya bildirilib ki, imtahanda 1 əcnəbi olmaqla 13 nəfər iştirak edib. İmtahan müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.

“İmtahan binasına daxil olanların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin edilib.

“İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

“Növbəti TOEFL iBT imtahanının aprelin 9-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı Mərkəzin saytından əldə etmək olar”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.