Press "Enter" to skip to content

Lütfi Zadə adına məntiq olimpiadasına qeydiyyatdan keçənlərin nəzərinə

Lütfi Zadə adına olimpiada

Son yeniləmə: 28 Mart 2022 15:26

Bayraqdar.info – Fənn müsabiqələri və Lütfi Zadə adına məntiq olimpiadasında iştirak üçün qeydiyyatdan keçən şagirdlər buraxılış vərəqələrini 28-31 mart tarixləri arasında saytı vasitəsilə əldə edə bilərlər.

Təhsil Nazirliyindən bayraqdar.info-ya bildirilib ki, fənn müsabiqələrinə 25 minə yaxın, Lütfi Zadə adına məntiq olimpiadasına isə 15 minə yaxın şagird qeydiyyatdan keçib.

“Qeyd edək ki, aprelin 3-də ümumi təhsil müəssisələrinin VI-VII sinif şagirdləri arasında respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçiriləcək. Müsabiqə fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə təşkil ediləcək.

“Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi isə aprelin 2-də keçiriləcək. Olimpiada Azərbaycan və rus bölmələri üzrə V sinif şagirdləri arasında təşkil olunur”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.