Son yeniləmə: 28 Mart 2022 18:24
Bayraqdar.info – Martın 28-də Lənkəran-Astara bölgəsindən axan Lənkərançayın Sifidor məntəqəsində suyun səviyyəsi 14, Təngərüdçayın Vaqo məntəqəsində 4 santimetr azalıb, Viləşçayın Şıxlar məntəqəsində 29, o cümlədən Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayın Ağbaşlar məntəqəsində 3, Şəmkirçayın Qalakənd məntəqəsində 1 santimetr artıb. Kürəkçayın Çaykənd, Gəncəçayın Zurnabad və Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı və Qusarçayın Kuzun məntəqələrində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bayraqdar.info-ya verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 160 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normanın 52 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 51 faiz azdır.
“Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 1 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 59 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 53 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 69 faiz azdır.
“Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 5 santimetr azalaraq 345 santimetr, su sərfi isə 107 kubmetr/saniyə olub. Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 4 santimetr azalaraq 139, Bankə məntəqəsində 14 santimetr azalaraq 77, Araz çayının Novruzlu məntəqəsində 7 santimetr azalaraq 85 santimetr təşkil edib.