Press "Enter" to skip to content

Hulusi Akar: Doğu Akdeniz və Kıbrısdakı fəaliyyətlərimiz davam edir

Hulusi Akar

Son yeniləmə: 28 Mart 2022 08:44

Bayraqdar.info – “Doğu Akdeniz və Kıbrısdakı fəaliyyətlərimiz davam edir”.

Bunu qardaş Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

Anadolu Ajansı xəbər verir ki, H.Akar Doha Forumunda iştirak etmək üçün Qatara səfər edib. Səfər çərçivəsində Qatar Türk Birləşmiş Qüvvələr Komandanlığında olan nazir buradakı çıxışında bir sıra önəmli məqamlara toxunub.

Məlumata əsasən H.Akar çıxışında Ege, Doğu Akdeniz və Kıbrısdakı fəaliyyətlərə də toxunub. O, Türkiyənin bütün problemlərin beynəlxalq hüquq çərçivəsində, dialoq yolu ilə və sülh danışıqları vasitəsilə həllinə tərəfdar olduğunu qeyd edib.

“Biz qonşumuzdan gərginlik yaratmamalarını, münasibətlərimizi gərginləşdirməmələrini, əlaqələri çıxılmaz duruma salmamalarını istəyirik. Gərginliyin ən qısa zamanda azaldılması ilə danışıqlara üstünlük verilməsini gözləyirik”, – deyə nazir bildirib.

Mission News Theme by Compete Themes.