Press "Enter" to skip to content

Fuad Muradov Türk Dövlətləri Təşkilatının II Diaspor Forumunda

Bayraqdar.info – Martın 28-də Türkiyənin Bursa şəhərində Türk Dövlətləri Təşkilatının II Diaspor Forumunun açılış mərasimi keçirilir.

Bu barədə bayraqdar.info-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Türk Dövlətləri Təşkilatının (TDT), Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) ev sahibliyi ilə gerçəkləşdirilən mərasimdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət qurumlarının, Bursa valiliyinin və Böyükşəhər Bələdiyyəsinin rəsmi şəxsləri, diaspor və qeyri-hökumət təşkilatlarının rəhbərləri, elm xadimləri və ekspertlər iştirak edirlər.

Qeyd edilib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türk Dövlətləri Təşkilatının II Diaspor Forumunda iştirak etmək üçün Türkiyədə səfərdədir.

Oni da bildirmək yerinı düşər ki, martın 27-də YTB-nin Twitter hesabında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin diaspordan məsul qurumlarının rəhbərlərinin Forumla bağlı qısa fikirləri paylaşılıb.

Mission News Theme by Compete Themes.