Son yeniləmə: 28 Mart 2022 18:58
Bayraqdar.info – Martın 29-da gecə və səhər saatlarında Bakı-Şamaxı-Yevlax, Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Xankəndi-Xocavənd, Gəncə-Kəlbəcər-Laçın, Yevlax-Xocalı-Laçın, Şuşa-Füzuli, Gəncə-Daşkəsən, Bərdə-İstisu, Goranboy-Tərtər, Ağdam-Füzuli-Horadiz, Füzuli-Cəbrayıl-Mahmudlu, Lənkəran-Lerik, Masallı-Yardımlı magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
Bu barədə bayraqdar.info-ya martın 28-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.