Press "Enter" to skip to content

“Can Azərbaycan” Respublika qrafika və akvarel sərgisi – VİDEO

"Can Azərbaycan" sərgisi

Son yeniləmə: 28 Mart 2022 11:46

Bayraqdar.info – “Can Azərbaycan” Respublika qrafika və akvarel yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırması və Xətai Akvarel Qalereyasının açılışının təqdimat mərasimi keçirilib.

Bu barədə martın 28-də bayraqdar.info-ya Xətai Sənət Mərkəzindən bildirilib. Xəbərdə deyilir ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “İWS Azerbaijan” (İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə elan olunmuş “Can Azərbaycan” Respublika qrafika və akvarel yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırması keçirilib. Bundan başqa, Xətai Akvarel Qalereyasını açılışının təqdimat mərasimi də Xətai Sənət Mərkəzində baş tutub.

Müsabiqədı Azərbaycan ordusunun Vətən müharibəsində göstərdiyi igidlik və milli birliyin təsvir müstəvisində nümayişi, həmçinin akvarel və qrafika texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq məqsədilə keçirilib.

“Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov tədbir iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyətindən danışıb. Daha sonra Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov tədbirə dəstək olan tərəfdaşlara, seçim heyyətinə və tədbirə əsər göndərən hər kəsə təşəkkür edib. İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin köməkçisi Səbinə xanım İskəndərli akvarelin özəlliklərindən danışıb və bundan sonra mükafatlandırma mərasimi olub.

Akvarel sənəti üzrə qaliblər:

I yer – Hafiz Kərimov

II yer – Fatma Kılıç

III yer – Feyzi Məmmədov

Qrafika sənəti üzrə qaliblər:

I yer – Elmir Məmmədov

II yer – Günel Quliyeva

III yer – Əbülfəz Fərəcoğlu

Həvəsləndirici mükafat 5 yer

Xanlar Əsədullayev

Gülşən Baxşəliyeva

Naibə Vəliyeva

Zeynəb Yaqubova

Leyla Vazehi

“Nəzərinizə çatdırırıq ki, əsəri sərgilənən qrafika və sulu boya rəssamlar sertifikatlarını Xətai Sənət Mərkəzindən götürə bilər. Tədbirin sonunda qonaqlar yeni yaradılmış Xətai Akvarel Qalereyası ilə tanış olublar. Tədbir pandemiya qaydalarına uyğun olaraq keçirilib. Nəzərinizə çatdıraq ki, “Can Azərbaycan” müsabiqəsinin yekun sərgisini Azərbaycan Dövlət Rəsm Qalereyasının və Xətai Sənət Mərkəzinin online hesablarından izləmək mümkündür”, – deyə xəbərdə vurğulanır.

Mission News Theme by Compete Themes.