Press "Enter" to skip to content

Zorlu Töre ilk rəsmi səfərini Ankaraya edib

Zorlu Töre

Son yeniləmə: 24 Mart 2022 02:20

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyəti parlamentinin sədri Zorlu Töre bu vəzifədə ilk rəsmi ziyarətini Ankaraya edib.

Bu barədə bayraqdar.info-ya KKTC-nin Bakıdakı nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, səfər Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun dəvəti əsasında baş tutur.

Qeyd edək ki, səfərdən öncə Ercan Hava limanında mətbuata açıqlama verən Z.Töre “Yaxşı ki, Ana vətən Türkiyə var. Yaxşı ki, Ana vətən Türkiyə KKTC-ni tanıyır və dəstək verir. Ümid edirəm ki, yeni dönəmdə başqa ölkələr də KKTC-nin statusunu tanıyacaq və irəli addım atılacaq. Biz Ana vətən Türkiyənin dəstəyini hır zaman hiss edirik”, – deyib.

Rəhbərlik etdiyi nümayəndə heyəti ilə Anıtkabiri də ziyarət edəcəyini deyən Z.Töre, Mustafa Kemal Atatürkün “müstəqillik xarakterimdir” ifadəsini Kıbrıs türk xalqı olaraq mənimsədiklərini bildirib.

Səfərdə Z.Töreni Cümhuriyyət Məclisi Başqanlıq Divanı heyəti müşayiət edir. KKTC heyətinin Mustafa Şentopla görüşdən əlavə digər rəsmi görüşlər də keçirəcəyi gözlənilir.

Mission News Theme by Compete Themes.