Son yeniləmə: 24 Mart 2022 02:22
Bayraqdar.info – İraq kürd bölgə idarəçilyində etnik və dini məsələlərədn məsul türkmən naziri Aydın Maruf Türkiyəyə səfər edib.
Bu barədə Türkmeneli TV məlumat yayıb.
Məlumata görə, səfər zamanı A.Maruf TİKA və Türkiyə Maarif Vəqfində olub. Eyni zamanda İraq Türkmən Cəbhəsinin İdarəı Heyətinin də üzvü olan A.Maruf öncə TİKA başqanı Serkan Kayalarla görüşüb. Görüşdə təhsil məsələsi müzakirə edilib.
A.Maruf daha sonra Türkiyə Maarif Vəqfində görüş keçirib.
Türkmən nazir Türkiyə səfəri çərçivəsində Türkiyə Cümhurbaşqanının baş danışmanı Yalçın Topçu ilə də görüşüb.