Son yeniləmə: 24 Mart 2022 02:19
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ertuğruloğlu İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hüseyin İbrahim Taha ilə görüşüb.
Bu barədə bayraqdar.info-ya KKTC-nin Bakıdakı nümayəndəliyindən məlumat verilib.
Bildirilib ki, bu görüşlə bağlı İƏT tərəfindən yazılı açıqlama verilib. Açıqlamada qeyd olunub ki, T.Ertuğruoğlu ilə H.İ.Tala İslamabbada keçirilən İƏT Xarici İşlər Nazirləri Şurasının 48-ci iclası çərçivəsində bir araya gəliblər.
Görüşdə ikitərəfli əlaqələr və Kıbrıs adasındakı son durum müzakirə olunub. Tərəflər İƏT Xarici İşlər Nazirləri Şurasının Kıbrısla bağlı qərarının yerinə yetirilməsinin önəmini vurğulayıblar.
Onu da qeyd edək ki, toplantıdakı çıxışında Kıbrısdakı duruma diqqəti yönəldən T.Ertuğruloğlu İƏT-i Kıbrıs məsələsində konkret hərəkətə keçməyə çağırıb.
Məlumata əsasən T.Ertuğruloğlu tədbir çərçivəsində Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə də bir araya gəlib.