Press "Enter" to skip to content

Rusiya Ukraynadakı cinayətlərini saxta xəbərlərlə gizlədir

1-ci şəkil: Donetsk şəhəri

Son yeniləmə: 24 Mart 2022 18:49

Bayraqdar.info – Rusiyanın fevralın 24-dən başlayaraq heç bir əsas olmadan Ukraynaya təcavüz etməsi bərabərində diqqət çəkən məqamlar da gətirir. Ermənistanın təcavüzündən uzun illər əziyyət çəkmiş Azərbaycan və onun vətəndaşları üçün bu məqamlar heç cür diqqətdən kənarda qala bilməz. O baxımdan Rusiya-Ukrayna cəbhəsindən gələn ən adi görüntü belə ən sadə Azərbaycanlının diqqətini cəmləməsinə səbəb olur. Özəlliklə də Rusiyanın yaydığı ən adi bir şəkil də şübhə doğurur, əlavə araşdırmaya səbəb olur. O baxımdan biz də hazırda geniş yayılmaqda olan bir sıra şəkilləri oxuculara təqdim edirik.

Donetsk şəhəri artıq 8 ildir ki, Rusiyanın işğalı altındadır. Ukraynanın suveren ərazisi olsa da ölkənin faktiki nəzarətindən kənarda qalan bu şəhərdə son 8 ildə baş verən heç bir hadisəni Kiyevlə əlaqələndirmək olmaz. O baxımdan şəhərin zahiri görünüşü də, əslində, Kiyevin məsuliyyətindən kənarda sayıla bilər. Lakin Rusiya təbliğatı illərdir hər kəsin qulağına oxuyur ki, Ukrayna dövləti Donetski dayanmadan bombardman edir, altını üstünə çevirir. İndi guya 8 ildir bombardman altında olan şəhər belə abad qala bilərdimi? Cavabı oxuculara buraxırıq…

2-ci şəkil: Mairupol şəhəri
2-ci şəkil: Mairupol şəhəri

Cəmi 28 gündür ki, Rusiya işğalçılarının şəhəri “nasistlərdən azadetmə əməliyyatı” keçirilir. 8 ildir guya Kiyevin bombalar yağdırdığı iddia edilən Donetsklə müqayisədə cəmi 28 gün Rusiyanın “azadetmə əməliyyatı”na məruz qoyduğu Mariupolun durumu göz önündədir. Əlavə şərhə ehtiyac varmı? Bunu da oxucularımızın öhdəsinə buraxaq…

3-cü şəkil: Xarkiv (Xarkov) şəhəri
3-cü şəkil: Xarkiv (Xarkov) şəhəri

Bu şəhər də 28 gündür məlum “azadetmə əməliyyatı”na məruz qalır. Rusiya silahlı qüvvələri şəhəri mənsub olduğu dövlətdən – Ukraynadan “azad” etmək üçün durmadan bombalayır. Nəticə isə odur ki, şəhərin hər tərəfi bu gündədir. Yenə də 8 ildir “bombalanan” Donetsklə müqayisəni oxuculara həvalə edək…

4-cü şəkil: Çernihiv (Çerniqov) şəhəri
4-cü şəkil: Çernihiv (Çerniqov) şəhəri

Həm Mariupol, həm də Xarkivdən heç nə ilə fərqlənmir. Bu şəhər də 28 gündür Rusiyanın “azadetmə əməliyyatı”na tuş gəlib. Kiyevin 8 ildir “bombaladığı” Donetskdən fərqli olaraq Çernihiv şəhəri də, göründüyü kimi, darmadağındır…

Bir daha qeyd edirik: necə ki, ermənilər özlərinin dağıtdıqları Azərbaycan şəhərlərini, kəndlərini, hətta müsəlman qəbristanlıqlarını özlərinə aidmiş kimi göstərib guya Azərbaycanın dağıtdığı erməni məntəqələri kimi təqdim edir, Rusiya təbliğatı da öz dağıtdıqlarını Kiyevin ayağına yazaraq çirkin təbliğat aparır. Sanırlar ki, dünya insanları çörəyi qulağına yeyir. Daha anlamırlar ki, nə dünya o dünyadır, nə də insanları…

https://twitter.com/MFA_Ukraine/status/1506915119795781635?s=20&t=3nLpqoJdvcZkxaVwhwwuyQ

Mission News Theme by Compete Themes.