Son yeniləmə: 24 Mart 2022 02:24
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar “İlin ən uğurlu dövlət xadimi” mükafatına layiq görülüb. Mükafat E.Tatara GAP Gazeteciler Birliyi tərəfindən təqdim ediləcək.
KKTC-nın Bakıdakı nümayəndəliyindən bayraqdar.info-ya verilən məlumata görə, E.Tatara mükafat mayın 14-də Malatyada keçiriləcək Beynəlxalq GAP Oskarı Mükafat Mərasimində təqdim olunacaq.
Qurumun genel başqan əvəzi Hamit Özpolat “E.Tatar bu mükafata Kıbrıs türk xalqının maraqlarının beynəlxalq arenada müdafiə edilməsi, həmçinin Türkiyə Cümhuriyyətinin və KKTC-nin Doğu Akdenizdəki hüquqlarının qoruması üçün göstərdiyi səylərə görə verilir”, – deyib