Press "Enter" to skip to content

Ankaradakı Azərbaycan Evində Novruz bayramı

Aygün Attar

Son yeniləmə: 24 Mart 2022 18:12

Aygün Attar: Tarixi Qarabağ zəfəri sayəsində artıq ikinci ildir bütün türk dünyası Novruz bayramını xüsusi bir sevinclə qeyd edir

Bayraqdar.info – Türkiyənin paytaxtı Ankarada fəaliyyət göstərən Azərbaycan Evinin Şuşa Konfrans Mərkəzində qədim Novruz bayramı münasibətilə tədbir keçirilib.

Bu barədə bayraqdar.info-ya Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondundan (TADƏHF) məlumat verilib.

Qeyd edilib ki, bayram tədbiri TADƏHF, Balkan Köçmənləri İqtisadi Araşdırma və Sosial Yardım Fondunun (BİSAV) və Kars, Ardahan, İğdır (KAİ) Dərnəklər Federasiyasının təşkilatçılığı ilə baş tutub. Bayram şənliyində rəsmi şəxslər, diplomatlar və türk dünyasının tanınmış şəxsləri iştirak ediblər.

Mərasimin rəsmi hissəsində çıxış edən Türkiyə Cümhurbaşqanı yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, TADƏHF rəhbəri professor Aygün Attar Aygün Attar qədim və ənənəvi Novruz bayramının tarixi ənənələri və bu bayramın milli dəyərlərimizin qorunmasında oynadığı roldan danışıb. Bildirib ki, tarixi Qarabağ zəfəri sayəsində artıq ikinci ildir bütün türk dünyası Novruz bayramını xüsusi bir sevinclə qeyd edir.

BİSAV başqanı Dr. Yüksel Özkale, KAİ Dərnəklər Federasiyasının başqan yardımçısı İsmail Denizin bayram təbrikindən sonra mədəni proqram təqdim olunub.

Daha sonra türk Azərbaycan Evinin həyətində alovlandırılan Novruz tonqalı ətrafında toplanan iştirakçılar bayram sevinclərini bölüşüblər. Şənlik iştirakçıları tonqal üstündən atlanıb, yumurta döyüşdürüblər.

Mission News Theme by Compete Themes.