Son yeniləmə: 23 Mart 2022 12:14
Bayraqdar.info – Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin təsdiq edilməsi ilə bağlı qərarı imzalayıb.
Bu barədə Türkiyənin Resmi gazetesində məlumat yayılıb.
Məlumata əsasən martın 22-də imzalanan qərar martın 23-də Resmi gazetedə yayımlanıb.
Bununla da 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” Türkiyədə qüvvəyə minib.