Son yeniləmə: 19 Mart 2022 14:30
Bayraqdar.info – Qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraiti martın 25-dək davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bayraqdar.info-ya verilən xəbərə görə, martın 19-u saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılı olub, dağlıq rayonlarda qar yağıb, qar örtüyü əmələ gəlib.
“Qar örtüyünün hündürlüyü: Sarıbaşda (Qax) 80 sm, Xaltanda 47 sm, Altıağacda 46 sm, Şahdağda 39 sm, Kişçay (Şəki) 32 sm, Şəki, Lerikdə 20 sm, Şamaxıda 18 sm, Qrızda 17 sm, Daşkəsəndə 15 sm, İsmayıllıda 11 sm, Göygöl, Quba, Qusar, Ağdərədə (Ordubad) 10 sm, Yardımlıda 5 sm olub.
“Külək: Qərb küləyi Gəncə, Tovuzda 24 m/s, Neftçala, Hacıqabul, Şəki, Ceyrançöldə 20 m/s, Culfa, Göyçayda 19 m/s, Şahbuz, Salyanda 18 m/s, Sabirabad, Ağdərədə (Ordubad) 17 m/s, Şirvan, Naxçıvanda 16 m/s, Abşeron yarımadası və Abşeron dəniz rayonunda 16 m/s-dək güclənib.
“Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.5 metrə çatıb.
“Havanın temperaturu: martın 18-də Bakıda iqlim normasından 4.0 dərəcə aşağı olub, minimalı temperatur Bakıda və Abşeron yarımadasında 3dərəcəyədək isti, Naxçıvan MR-da 10 dərəcəyədək şaxta, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 15 dərəcəyədək şaxta, aran rayonlarında 6 dərəcəyədək isti olub.
“Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraiti martın 25-dək davam edəcək”, – deyə xəbərdə bildirilir.