Son yeniləmə: 19 Mart 2022 14:32
Bayraqdar.info – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus marşrutları üzrə bu gün sayca 71-ci reysini həyata keçirib.
Bayraqdar.info xəbər verir ki, yanvarın 24-dən indiyədək Şuşa və Ağdam istiqaməti üzrə ümumilikdə 3 min 196 sərnişin səfər edib. Vətəndaşların öz doğma torpaqlarına gediş-gəlişi uğurla təmin olunub.
“Marşrutların təhlili, həmçinin vətəndaşların çoxsaylı müraciətləri və tələbat nəzərə alınaraq mart ayında – Novruz bayramı günlərində Bakı-Şuşa-Bakı istiqamətində avtobus reyslərinin hər gün həyata keçirilməsi qərara alınıb.
“Biletlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq marşrut proqramı ilə inteqrasiya olunmaqla yaradılan portalı üzərindən onlayn qaydada satılır”, – deyə xəbərdə bildirilir.