Son yeniləmə: 19 Mart 2022 02:26
Mərasimdə Cümhurbaşqanı Ersin Tatar da iştirak edəcək
Bayraqdar.info – Türk dünyasının hər yerində olduğu kimi Kuzey Kıbrıs Türk Cümhuriyyətində də möhtəşəm Novruz şənliyi təşkil ediləcək.
Bu barədə bayraqdar.info-ya Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin təşkilatçlığı, Diasporla İş üzrə Dövlət Komitəsinin və Girnə Amerika Universitetinin təşkilati dəstəyi ilə baş tutacaq bayram tədbiri martın 21-də keçiriləcək: “Spektrium Beynəlxalq Konqres Mərkəzində keçiriləcək bayram tədbirinə Azərbaycan, Türkiyə və KKTC-dən millət vəkilləri də qonaq qismində qatılacaqlar. Belə ki, bayram tədbirində TBMM-in üzvləri Şamil Ayrım, Orhan Erdem, Osman Mesten, İbrahim Aydemir, Türkiyə Cümburbaşqanının baş müşaviri, TRT-nin İdarə Heyətinin üzvü Mustafa Akış, Azərbaycan Milli Məclsinin üzvləri Vüqar İskəndərov və Naqif Həmzəyev, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin sektor müdiri Cahid Kazımov da iştirak edəcəklər”.
O.Həsənoğlu deyib ki, bayram mərasiminin rəsmi açılışında KKTC Cümhurbaşqanı Ersin Tatar başda olmaqla bır sıra dövlət rəsmiləri də iştirak edəcəklər: “Çıxışlardan və Novruz ənənələrinə aid təqdimatdan sonra azərbaycanlı gənc müğənni Nigar Rəhimovanın ifasında konsert proqramı baş tutacaq”.
[…] KKTC-də möhtəşəm Novruz şənliyi […]