Press "Enter" to skip to content

DSX-nın hərbi hissələrində Hərbi Prokurorluq nümayəndələrilə görüş keçirilib

Dövlət Sərhəd Xidməti

Son yeniləmə: 19 Mart 2022 13:07

Bayraqdar.info – Dövlət Sərhəd Xidməti ilə Respublika Hərbi Prokurorluğunun birgə tədbirlər planına uyğun olaraq, 16-18 mart tarixlərdə Horadiz, Qubadlı, Zaqatala və Qazax şəhərlərinin ərazilərində yerləşən DSX-nın hərbi hissələrində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nümayəndələrinin şəxsi heyətlə görüşləri təşkil edilib.

DSX-dan bayraqdar.info-ya verilən məlumata görə, tədbirlərdə şəxsi heyət Novruz bayramı münasibətilə təbrik edilib. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli sərhəd siyasətinin uğurla həyata keçirilməsi, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərdiyi ali diqqət və qayğı nəticəsində ölkənin sərhəd təh­lükə­siz­liyinin ən yüksək tələblər səviyyəsində təmin edilməsi, Vətənimizin sərhəd­lərinin etibarlı mühafizəsinin təşkili istiqamətində əldə edilmiş nailiyyətlər vurğulanıb.

“Çıxışlar zamanı cinayət hadisələrinin qarşısının alınması, qanun­vericiliyin tələblərinə riayət edilməsi, hərbi intizamın möhkəmlən­di­rilməsi mövzu­ların­da şəxsi heyətə müvafiq tövsiyələr verilib.

“Tədbirlərdə iştirak edən rəsmi şəxslər hərbi hissələrdə yaradılmış şəraitlə yaxın­dan tanış olub, xidmətdə fərqlənmiş hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.