Son yeniləmə: 19 Mart 2022 11:01
Bayraqdar.info – Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azpetrol” şirkətinin birgə təşkilatçılığı ilə Mərdəkanda yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsində şam, sərv, nar, ərik və badam tingləri paylanılıb.
Bu barədə bayraqdar.info-ya Nazirlikdən məlumat verilib. Xəbərdə deyilir ki, ağac əkilməsinin təşviqi məqsədilə keçirilən tədbirdə ekokönüllülər tərəfindən vətəndaşlara ağac tinglərinin əkilməsi və onlara qulluq göstərilməsi qaydalarına dair məlumatlar verilib. Paylanılan ağac tingləri Nazirliyin tinglik sahələrində yetişdirilir. Aksiyalar Bakıda və bölgələrdə növbəti günlərdə də davam etdiriləcək.