Son yeniləmə: 18 Mart 2022 14:17
Bayraqdar.info – “Təhsil alanların geyim forması qış və yay formalarından ibarətdir. Qızlar üçün yay forması – üçdüyməli qısaqol köynək və ətək, oğlanlar üçün yay forması – üçdüyməli qısaqol köynək və şalvardır. Qızlar üçün qış forması – üçdüyməli uzunqol köynək, ətək və ya şalvar, önü bağlanılan cibli jaket, oğlanlar üçün qış forması – üçdüyməli uzunqol köynək, şalvar və önü bağlanılan cibli jaketdir”.
Bayraqdar.info bildirir ki, bu, Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” haqqında qərarda öz əksini tapıb.