Son yeniləmə: 18 Mart 2022 15:33
Bayraqdar.info – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Sehrli Buta” adlı Novruz tamaşasının nümayişinə başlanılıb.
Teatrın mətbuat xidmətindən martın 18-də bayraqdar.info -ya verilən məlumata görə, balacalar üçün ərməğan olan səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Emil Əskərovdur.
“Tamaşanın quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Xanım Həsənovadır.
““Sehrli Buta”da əməkdar artistlər Mehriban Xanlarova, Elnar Qarayev, Rəşad Bəxtiyarov, aktyorlar Rada Nəsibova, Rüstəm Rüstəmov, Elçin Əfəndi, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Şəhla İsmayılova, Firuzə Balayeva, Corc Qafarov, Lalə Süleymanova, Məhsəti Tahirzadə, Tural İbrahimov və Elsevər Rəhimov rol alıb. Tamaşa 18-24 mart tarixlərində nümayiş olunacaq”, – deyə xəbərdə bildirilir.