Press "Enter" to skip to content

Şəhid ailələri və müharibə əlillərinə daha 100 mənzil

Son yeniləmə: 18 Mart 2022 13:59

Bayraqdar.info – Martın 18-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhəri və Abşeron rayonundakı yaşayış komplekslərindən daha 100 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilib.

Bu barədə bayarqdar.info-ya Nazirlikədən məlumat veirlib.

Məlumata səasən mənzillərin tədim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli çıxış edib. O, bildirib ki, Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla ölkəmizdə vətəndaş rifahının təminatına xidmət edən ardıcıl və geniş miqyaslı sosial islahatlar 2022-ci ilin əvvəlindən də davam edib: “Yeni sosial islahat paketi olaraq 2022-ci ilin əvvəlindən əmək haqqı, pensiya və s. sosial ödənişlər növbəti dəfə artırılıb. 3,4 milyon şəxsi əhatə edən bu artımlar üçün ayrılan illik əlavə vəsait 2,1 milyard manatdır”.

Nazir müavini tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra şəhid ailəsi üzvləri, müharibə veteranları, erməni terrorundan zərər çəkənlərlə bağlı icra olunan sosial dəstək proqramını qeyd edib. V.Nəsirli mühüm sosial dəstək tədbirlərindən biri kimi, şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramının da dövlət başçısının Sərəncamı ilə 5 dəfə genişləndiyini vurğulayıb: “Bu gün də daha 100 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilir. Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin əvvəlindən 200, postmüharibə dövründə 3200, ümumilikdə ötən dövrdə 12500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib. Vətən müharibəsi şəhidlərinin ailələri və müharibə əlilləri qeydiyyata alındıqdan qısa zaman sonra artıq onların mənzillə, eləcə də müharibə əlilərinin avtomobillə təminatı həyata keçirilir. Bu da onlara xüsusi qayğının daha bir təzahürüdür. Nazirlik 2021-ci ildə daha 164 nəfər müharibə əlilini, ümumilikdə ötən dövrdə isə 7400 müharibə əlilini avtomobillə təmin edib”.

Tədbirdə yeni mənzillə təmin olunan vətəndaşlar şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasıişlərindən razılıqla bəhs ediblər. Onlara göstərilən yüksək diqqət və qayğıya, Novruz bayramı öncəsi yeni mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Mission News Theme by Compete Themes.