Son yeniləmə: 18 Mart 2022 15:28
Bayraqdar.info – “YAŞAT” Fondu PAŞA Holding və “Bravo” marketlər şəbəkəsinin dəstəyi ilə şəhid ailələri və müharibə əlillərini Novruz bayramı münasibətilə təbrik edib.
Bu barədə bayraqdar.info-ya martın 18-də ASAN xidmətdən məlumat verilib.
Bildirilib ki, həmin məqsədlə 6800-dək Novruz sovqatı qutusu hazırlanıb və ailələrə təhvil verilib. Qutulara ərzaq məhsulları, bayram azuqələri yerləşdirilib.
“Martın 8-dən etibarən 3300-dən çox şəhidin valideynləri, həyat yoldaşları və övladları nəzərə alınmaqla 4031 evə və 2700-dən çox müharibə əlilinə Novruz sovqatı çatdırılıb.
“YAŞAT” Fondu mütəmadi olaraq şəhidlərimizin ailə üzvlərinin və müharibə əlillərinin müraciətlərini operativ şəkildə qiymətləndirir və onların müxtəlif ehtiyaclarının qarşılanması üzrə işləri davam etdirir”, – deyə məluamtda qeyd olunub.