Press "Enter" to skip to content

Prezident İlham Əliyev Azərbaycan Güləş Federasiyasına 1 milyon manat ayırıb

Prezident İlham Əliyev

Son yeniləmə: 18 Mart 2022 14:16

Bayraqdar.info – Martın 18-də Prezident İlham Əliyev Azərbaycan Güləş Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

Prezidentin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Sərəncamda qeyd edilir ki, 23 yaşadək güləşçilərin Avropa çempionatında yüksək nəticə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Güləş Federasiyasına 1 milyon manat ayrılsın.

“Maliyyə Nazirliyinə bu Sərəncamda məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır”, – deyə məlumatda qeyd edilir.

Mission News Theme by Compete Themes.