Son yeniləmə: 18 Mart 2022 09:30
Bayraqdar.info – Novruz bayramı ilə əlaqədar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan xalqına Qələbə sevincini bəxş edən Müzəffər Orduya, qəhrəman əsgər və zabitlərə həsr olunmuş konsert keçirilib.
Mədəniyyət Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, Muzeyin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri açaraq, 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi Qələbəsinə şəhid və qazilər sayəsində nail olunduğunu vurğulayıb.
“Sonra konsert proqramı təqdim edilib. Konsertdə xalq mahnıları, həmçinin Fikrət Əmirovun “Reyhan”, Emin Sabitoğlunun “Azərbaycan”, Cəfər Cabbarlının “Türk marşı”, “Bayatı-Şiraz” təsnifi və digər musiqi nömrələri Xalq artisti Munis Şərifovun rəhbərlik etdiyi Qədim Musiqi Alətləri Ansamblının müşayiəti ilə Xalq artisti Teyyub Aslanovun və Əməkdar artist Nuriyyə Hüseynovanın ifasında səslənib.”, – deyə xəbərdə qeyd edilir.