Press "Enter" to skip to content

“Minaaxtaran” peşəsi üzrə hazırlıq kursu

Son yeniləmə: 18 Mart 2022 12:35

Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən “Minaaxtaran” peşəsi üzrə hazrlıq kursu təşkil edib.

Bu barədə bayraqdar.info-ya martın 18-də ƏSSMN-dən məlumat verilib.

Bildirilib ki, Agentliyin Bakı Peşə Hazırlığı Mərkəzi ilə “Qaya Safety Solutions”MMC-ninəməkdaşlığı çərçivəsində təşkil edilən kursa Tərtər, Ağdam və Bərdə rayonlarından xüsusi meyarlar əsasında seçim aparılmaqla15 işsiz şəxs cəlb edilib: “Nəzəri biliklərin tədrisindən sonra müdavimlər Cəbrayıl rayonunda mina təmizləmə işlərinin aparıldığı sahələrdə təcrübə də keçəcəklər”.

Məlumata əsasən tədris müddəti bitdikdən və imtahanları uğurla başa vurduqdan sonra həmin şəxslər işğaldan azad olunan ərazilərdə ərazilərin minalardan təmizlənməsi sahəsi üzrə əmək fəaliyyətinə başlayacaq. Müdavimlərə tədris müddətində minimum əməkhaqqı məbləğində təqaüd də ödəniləcək.

Mission News Theme by Compete Themes.