Press "Enter" to skip to content

Mart ayının müavinət, təqaüd və ünvanlı yardımları ödənilib

Bayraqdar.info – Mart ayı üzrə sosial təminat növləri üzrə bütün sosial ödənişlər yekunlaşıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Novruz bayramı ilə əlaqədar mart ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da qrafikdən əvvəl olmaqla martın 18-də ödənilib.

Bu barədə bayraqdar.info-ya ƏƏSMN-dən məlumat veirlib.

Bildirilib ki, vətəndaşlar həmin sosial ödənişlərini onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Bundan əvvəl martın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə, martın 16-da ölkəmizin digər bölgələrində yaşayan şəxslərin pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Mission News Theme by Compete Themes.