“1915 Çanakkale” körpüsünün açılışı olub
Bayraqdar.info – 18 Mart Şehitleri Anma Günü ve Çanakkale Deniz Zaferi qardaş Türkiyədə bu dəfə xüsusilə yadda qaldı. Belə ki, martın 18-də Çanakkale Zəfərinin 107-ci ildönümü münasibətilə bir sıra tədbirlər keçirilməklə yanaşı “1915 Çanakkale” körpüsünün açılışı olub.
Bu tarixi açılış mərasimində Türkiyənin dövlət rəsmiləri ilə yanaşı xarici qonaqlar, o cümlədən Cənubi Koreyanın Baş naziri Kim Bu Gyom da iştirak edib. Mərasimdə iştirak edənlər arasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov da olub.
Hani hep “maziden atiye köprü kurmak” diyoruz ya, işte bugün bu sözü hem lafzıyla hem ruhuyla hayata geçirdik. Hamdolsun.
#1915ÇanakkaleKöprüsü’nün ülkemize, milletimize, şehrimize, tüm dünyaya hayırlı olmasını diliyorum. pic.twitter.com/5EQE5mbtWK— Recep Tayyip Erdoğan (@RTErdogan) March 18, 2022
Qeyd edək ki, bu, öz imkanları baxımından Çanakkale Zəfərinə layiq bir körpüdür. Açılışda iştirak və çıxış edən Türkiyə Cümhurbaşqanı Recep Tayyib Erdoğanın bəyan etdiyi kimi 4 il əvvəl təməli atılan və inşası nəzərdə tutlan vaxtdan da bir il tez başa çatan “1915 Çanakkale” Çanakkale boğazının ilk, Mərmərə bölgəsinin isə beşinci asma körpüsü olacaq.
Tikintisində beş mindən artıq canlı və 740 iş qüvvəsinin iştirak etdiyi, dünyanın iki dayaq nöqtəsinə görə ən uzun orta aşırımlı körpüsü olan “1915 Çanakkale” 1052 sensorla izlənəcək ki, bu da dünyadakı körpülər arasında bir ilkdir. Lakin bu da son deyil. Məsələ burasındadır ki, türk bayrağını təmsil edən qırmızı-ağ rəngli 334 metrlik dayaqları olan bu tikili dünyanın ən hündür asma körpüsüdür.
Ülkemizin bu yatırımla sadece zamandan, akaryakıt tüketiminden ve karbon salınımı azalımından kazancı yıllık 415 milyon avro olacaktır.
Şehirlerimiz arasında güvenli, konforlu ve hızlı bir şekilde yapılacak seyahatin kolaylığına, rahatlığına, huzuruna ise değer biçemeyiz… pic.twitter.com/7VIGSEhpzs
— Recep Tayyip Erdoğan (@RTErdogan) March 18, 2022
Mərmərə və Egey bölgələrindəki limanları, dəmir yolu və hava nəqliyyatı sistemlərini quru nəqliyyat layihələrinə inteqrasiya edən körpü, Türkiyənin dünya nəqliyyat və logistika sektorları baxımından strateji mövqeyinə mühüm infrastruktur dəstəyi verəcək.
Yapılan hesaplamalar, bu projenin ekonomimize üretimde 5,3 milyar avro, istihdama 118 bin kişi, millî gelirde 2,4 milyar avro ilave katkısının olacağına işaret ediyor. pic.twitter.com/s5OqrxTa5s
— Recep Tayyip Erdoğan (@RTErdogan) March 18, 2022
“1915 Çanakkale” körpüsünün turizm və nəqliyyat sektorları baxımından da böyük əhəmiyyət kəsb etməklə yanaşı, bölgə iqtisadiyyatına əhəmiyyətli töhfə verəcəyi gözlənilir. Recep Tayyip Erdoğanın körpü ilə bağlı Twitter hesabında etdiyi paylaşımlardan birində qeyd olunduğu kimi, bu körpünün istifadəyə verilməsi Türkiyə iqtisadiyyatında istehsala 5,3 milyard avro əlavə gəlir imkanı yaradacaq. 118 min nəfərin məşğulluğuna və dövlət büdcəsinə əlavə 2,4 milyard avro gəlir daxilm olmasına töhfə verəcək.
1915 Çanakkale Köprümüzün 2 bin 23 metre olan orta açıklığı, Cumhuriyetimizin kuruluşunun yüzüncü yılı olan 2023’ün ve o tarihe atfettiğimiz büyük hedeflerimizin remzidir. pic.twitter.com/dbZJgcCBK0
— Recep Tayyip Erdoğan (@RTErdogan) March 18, 2022
Türkiyə Cümhurbaşqanının başqa bir paylaşımında isə deyilir: “1915 Çanakkale” körpüsünün 2 min 23 metr olan orta açıqlığı 2023-cü ilin, Cümhuriyyətimizin yaranmasının yüzilliyinin və o tarixə aid etdiyimiz böyük hədəflərin simvoludur”.
1915 Çanakkale Köprüsü ve Malkara-Çanakkale Otoyolu Açılış Töreni https://t.co/xxHDSrwM5Q
— Recep Tayyip Erdoğan (@RTErdogan) March 18, 2022