Press "Enter" to skip to content

“Böyük qayıdışın şah əsəri – Şuşa!”

“Böyük qayıdışın şah əsəri – Şuşa!”

Son yeniləmə: 18 Mart 2022 09:56

Bayraqdar.info – Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Azərbaycan Hərb Tarixi Muzeyinin təşkilatçılığı ilə Şuşa şəhərinin yaradılmasının 270 illiyinə həsr olunan “Böyük qayıdışın şah əsəri – Şuşa!” adlı tədbir keçirilib.

Müdafiə Nazirliyindən bayraqdar.info-ya bildirilib ki, Nazirliyin nümayəndələrinin, “Art Accent” Akademiyasının müəllim və şagird heyətinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə ümummilli lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

“Tədbirdə çıxış edənlər Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2022-ci ilin “Şuşa İli” elan edildiyini bildirib, ölkəmizdə dövlət tərəfindən milli-mədəni və tarixi irsimizin qorunmasına, təbliğinə xüsusi diqqət göstərildiyini qeyd ediblər.

“Vurğulanıb ki, ordunun Vətən müharibəsində qazandığı tarixi qələbə, Şuşanın azad edilməsi Azərbaycan hərb tarixinin ən yaddaqalan, şanlı səhifələrindəndir. Azərbaycan əsgəri yenilməz iradəsi, yüksək döyüş ruhu və igidliyi ilə mədəniyyət beşiyimizi işğaldan azad etməklə düşmənlə yanaşı, bütün dünyaya da Azərbaycan ordusunun  gücünü, qüdrətini göstərdi.

“Sonra Şuşaya həsr olunan sənədli film və “Art Accent” Akademiyasının tələbələrinin rəsm əsərlərindən ibarət sərgi nümayiş olunub.

“Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, eləcə də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin orkestrinin solistlərinin ifasında hərbi vətənpərvərlik mahnıları səsləndirilib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.