Press "Enter" to skip to content

“Abşeron” və “Murov” klubları “Bahar kuboku” turnirinə qələbə ilə

Son yeniləmə: 18 Mart 2022 09:30

Bayraqdar.info – Martın 17-də qadın voleybolçular arasında “Bahar kuboku” turnirinə başlayıb.

Azərbaycan Voleybol Federasiyasından bayraqdar.info-ya bildirilib ki, Federasiyanın idman zalında təşkil olunan yarışın ilk matçı “Azərreyl” və “Abşeron” komandaları arasında olub.

“Görüş “Abşeron”un üstünlüyü ilə başlayıb. Eldar Yusubovun komandası birinci setdə 25:13 hesabı ilə üstün olub. İkinci hissədə “Azərreyl” 25:18 hesabı qalib gəlsə də, növbəti setlər “Abşeron”un qələbəsi ilə başa çatıb – 3:1 (25:13, 18:25, 25:23, 25:17).

“Günün ikinci qarşılaşmasında “Murov” UNEC-lə üz-üzə gəlib. Görüşün qalibi üç hissədə müəyyən olunub. “Murov” hər üç hissədə rəqibini məğlub edib – 3:0 (25:19, 25:15, 25:22)

“Beləliklə, birinci yer uğrunda “Abşeron” “Murov” ilə, üçüncü yer üçün isə “Azərreyl” və UNEC münasibətinə aydınlıq gətirəcək.

“Martın 18-də baş tutacaq həlledici görüşlərdən birincisi saat 14:00-da, digəri isə saat 16:00-da başlayacaq.”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.