Press "Enter" to skip to content

Prezidentlər arasında telefon danışığı

Son yeniləmə: 17 Mart 2022 19:35

Bayraqdar.info – Martın 17-də Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Cümhurbaşqanlığının resmi Twitter səhifəsində məlumat paylaşılıb.

Məlumatda deyilir ki, prezidentlər Rusiya-Ukrayna müharibəsi ilə bağlı son proseslər və bölgədəki humanitar böhrana dair müzakirə aparıblar.

Telefon danışığı zamanı R.T.Erdoğan Türkiyənin Rusiya ilə Ukrayna arasında sülhün əldə edilməsi üçün ilk vaxtdan bəri sərgilədiyi səmimi yanaşmanı davam etdirdiyini deyib.

Mission News Theme by Compete Themes.