Son yeniləmə: 17 Mart 2022 20:17
Bayraqdar.info – Qarşıda milli bayramımız – əziz bayramımız olan Novruz gəlir. Bayramda 8 gün istirahət olacağını nəzərə alaraq rayonlara, xarici ölkələrə dincəlmək üçün üz tutan insanlar da çox olur.
Bayraqdar.info bayramı regionlarda eyd etmək və dincəlmək üçün üz tutan insanları vəziyyətdən hali etmək qərarına gəlib. Rayonlardakı istirahət mərkəzləri və otellərdə qiymətlər necədir? Qeyd edək ki, bəzi otellər insanları cəlb etmək üçün pandemiya qaydalarına uğyun olaraq Novruz şənlikləri də keçirirlər. Bəs, istirahət mərkəzlərində, otellərdə boş yer varmı və turistləri hansı qiymətlər gözləyir? Bax, gündəmin ən vacib məqamına indi toxunacağıq.
Quba Palace oteli
Beləliklə, paytaxt Bakıya ən yaxın məsafədə – Qubada yerləşən beş ulduzlu Quba Palace oteli Heydər Əliyev adına Hava Limanından 201 km, Bakının mərkəzindən 171 km, Quba şəhər mərkəzindən 7 km məsafədə Əski İqrıq kəndində yerləşir. Bura Azərbaycanda ilk qolf meydançasına malik olan oteldir. Oteldə delüks dağ mənzərəli iki nəfərlik otaq Novruz bayramı günlərində (20-21 mart) 280 manatdır. Bu qiymətə səhər və nahar yeməyi daxildir. Ancaq göl mənzərəli delüks otaq səhər, nahar yeməyi birlikdə 300 manat təşkil edir.
Lankaran Springs Wellness Resort
Lankaran Springs Wellness Resort balneoloji kurortlarından biri olan bu otel öz unikal müalicəvi “İstisu”yu ilə məşhurdur. Kompleks dağ-meşə landşaftı ilə əhatə olunub, Xəzər dənizindən cəmi 10 dəqiqəlik və Lənkəran Beynəlxalq Hava Limanından 15 dəqiqəlik məsafədə yerləşir. Bu oteldə 31 marta qədər bütün yerlər doludur, boş yer yoxdur. 31 mart-1 aprel tarixində 1 gecəlik 155 manat, 31 mart-2 aprel tarixində 2 gecəlik otaq isə 330 manatdır.
Şahdağ & Spa Otel
Şahdağ & Spa Otel Bakıdan 230 km şimalda, dağların mənzərəli və sakit yerində yerləşir. Bağlı bir hovuz, idman salonu, sauna və bir türk buxar hamamı olan bu otelin bir spa sahəsi var. Pulsuz Wi-Fi və pulsuz parkla təmin olunur. Oteldə bir gecəlik iki nəfər üçün plaza mənzərəli delüks king otağın qiyməti 162 manat, dağ mənzərəli delüks king otağın qiyməti isə 189 manatdır. Bu qiymətə səhər yeməyi və vergilər də daxildir.
Pik Palace Shahdag
Pik Palace Shahdag. Qusarda – Şahdağda yerləşən bu oteldə spa və sağlamlıq mərkəzi, sauna var. Həmçinin, otel pulsuz Wi-Fi və pulsuz parkinq ilə təmin edir. Delüks Kinq otaq səhər yeməyi ilə bir yerdə 20-21 martda 220, dağ mənzərəli kinq otaq isə səhər yeməyi də daxil olmaqla 285 manat təşkil edir.
Qafqaz Riverside Hotel
Qafqaz Riverside Hotel Spa mərkəzi, açıq və qapalı hovuz və pulsuz Wi-Fi olan bu kurort Qəbələ şəhərindəki Dəmiraparan çayı sahilində yerləşir. Bu oteldə isə martin 20-21-də bir gecəyə iki nəfərlik otaq səhər yeməyi daxil olmaqla 225 manat təşkil edir. Əlavə vergi isə 3 manat təşkil edir. Ancaq oteldə səhər yeməyi daxil olmaqla “kral” dəsti 1 gecəyə iki nəfərlik 1 min 170 manat nəzərdə tutulub.
Qafqaz Tufandag Mountain Resort Hotel
Qafqaz Tufandag Mountain Resort Hotel Böyük Qafqaz dağlarının qoynunda, Tufandağ Qış-Yay Turizm Kompleksinin mərkəzində yerləşən oteldir. Bu oteldə bir gecəlik iki nəfər üçün delüks otağın qiyməti səhər yeməyi də daxil olmaqla 275 manatdır.
Qafqaz Resort Otel
Qafqaz Resort Otel Qəbələ şəhərinin otellərindən biridir. Otel Böyük Qafqaz sıra dağlarının ətəyində, Dəmiraparan çayının mənsəbində yerləşir. 20-21 mart tarixində 1 gecəlik standart otaq səhər yeməyi daxil olmaqla 155 manatdır.
Chenot Palace Health Wellness Hotel
Chenot Palace Health Wellness Hotel. Qəbələdə Nohur gölü ətrafında yerləşən bu oteldə 1 günlük gecələmək mümkün deyil. Oteldə yalnız 3 gecəlik otaq verilir. Bu oteldə 20-21 mart üçün boş yer qalmayıb.
Shamakhi Palace Sharadil
Shamakhi Palace Sharadil Böyük Qafqaz Dağlarının yamacında, Azərbaycanın düz ürəyində – Şamaxı şəhərində yerləşir. Otelin binası 43 min 370 kv.m. və ümumi ərazisi 16 hektar təşkil edir. 20-21 martda oteldə bir gecəlik qiymət 350 manat təşkil edir.
Sakit Göl Hotel
Sakit Göl Hotel Şamaxıda yerləşir. 20-21 mart tarixləri üçün oteldə boş yer qalmayıb. 18-19 martda 2 nəfərlik delüks göl mənzərəli səhər yeməyi və vergilər də daxil olmaqla 338 manat təşkil edir.
Qeyd: Yazıda banker.az saytının məlumatlarından istifadə edilib.