Son yeniləmə: 17 Mart 2022 20:08
Türkiyənin sülh cəhdləri davam edir
Bayraqdar.info – Türkiyənin Rusiya ilə Ukrayna arasında sülhün əldə edilməsi üçün cəhdləri davam edir. Bir gün öncə Rusiyada olan xarici işlər naziri Mevlüt Çavuşoğlu martın 17-də Ukraynaya səfər edib.
Lvovda Ukrayna xarici işlər naziri Dmitro Kleba ilə görüşən M.Çavuşoğlu ümidverici açıqlamalar verib.
Atəşkəsə ümidlər bir az da artdı
Milliyet xəbər verir ki, iki nazirin görüşündən sonra birgə mətbuat konfransı keçirilib. Mətbuat konfransında türkiyəli nazir Rusiya və Ukraynaya səfəri nəticəsində atəşkəsə ümidlərin bir az da artdığını, liderlər səviyyəsində görüş üçün zəminin tezliklə hazırlanmalı olduğunu bəyan edib. M.Çavuşoğlu Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığının olduğunu da bildirib.
Türkiyə Ukrayna və Rusiya prezidentlərini bir araya gətirməyə çalışır
M.Çavuşoğlu Türkiyənin bu prosesdə əvvəldən prinsipial mövqe sərgilədiyini deyib. Nazir hər iki dövlətlə dialoqu olan bir ölkə olaraq Türkiyənin müharibənin dayandırılması üçün səmimi səylər göstərdiyini bildirib.
Moskvada gündəmə gələn məsələlər və təəssüratlarla bağlı D.Kulebaya məlumat verdiklərini deyən M.Çavuşoğlu, liderlər səviyyəsində görüş üçün zəminin ən qısa zamanda hazırlanmalı olduğunu bildirib: “Bu iki səfər nəticəsində döyüşlərlə bağlı dəqiq nəsə demək çətin olardı, amma atəşkəsə ümidimiz bir az da artdı. Əgər yaxınlaşma kimi gördüyümüz məsələlərdə razılıq əldə olunarsa, iki liderin bir araya gəlməsi ehtimalı var”.
“Arzumuz ondan ibarətdir ki, əvvəlcə Mariupolda, sonra isə bütün Ukraynada atəşkəs əldə olunsun”, – deyən M.Çavuşoğlu D.Kuleba və S.Lavrovun Antalyadan sonra yenidən bir daha bir araya gətirilməsi məsələsinə də toxunub: “D.Kulebanı və S.Lavrovu bir daha bir araya gətirməkdən şad olardıq. Lakin ən qısa zamanda liderlər səviyyəsində görüş olmalıdır. Bu görüşə də ev sahibliyi etmək istərdik”.
D.Kuleba isə M.Çavuşoğluna xitabən “Sizin qətiyyətiniz, cəsarətiniz və şəxsi səfəriniz Türkiyənin fəal oyunçu olduğunu sübut edir. Biz Türkiyəni qarantör olmasını istədiyimiz ölkələrdən biri kimi görürük”, – deyib.
Ukraynalı mevkidaşım Dmytro Kuleba ile Antalya'dan sonra bu kez #Lviv'de görüştük.#Ukrayna'nın egemenliğine ve toprak bütünlüğüne desteğimizi bir kez daha vurguladık.
Savaşın sona ermesi ve kalıcı ateşkesin sağlanması için çabalarımız devam edecek. pic.twitter.com/CatWWI4uvm
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) March 17, 2022