Bayraqdar.info – Novruz bayramı ilə əlaqədar martın 18-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının vaxtından əvvəl ödənilməsi nəzərdə tutulub.
Bu barədə bayraqdar.info-ya martın 17-də Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd edək ki, martın 16-da Dövlət Sosial Müdafiə Fondu respublika üzrə mart ayının pensiya ödənişini yekunlaşdırıb.