Press "Enter" to skip to content

Hulusi Akardan Ukrayna ilə bağlı açıqlama

Son yeniləmə: 17 Mart 2022 14:23

Bayraqdar.info – Qardaş Türkiyənin milli müdafiə naziri Hulusi Akar NATO müdafiə nazirlərinin fövqəladə yığıncağından sonra türk jurnalistlərə açıqlama verib.

Bu barədə Milliyet məlumat yayıb.

TSK-nın Ukraynada qalan iki nəqliyyat təyyarəsi ilə bağlı məsələyə toxunan Akar “Həm Rusiya, həm də Ukrayna ilə bu mövzuda danışırıq. Hər iki ölkə məsələyə maraq göstərir. Önümüzdəki günlərdə oradan müsbət nəticə gözləyirik”, – deyib.

Açıqlamasında nazir həmçinin Ukrayna hadisələrinin bölgənin təhlükəsizliyində köklü dəyişikliyə səbəb olduğunu ifadə edib: “NATO olaraq çəkindiriciliyin müdafiənin təminin üçün qısa, orta və uzunmüddətli perspektivdə nə etməli olduğumuzu çox yaxşı düşünməliyik. Bunların cavabı həm ikitərəflidir, həm də çoxtərəfli görüşlərdə bütün ölkələr və tərəfindən axtarılır”.

Mission News Theme by Compete Themes.