Son yeniləmə: 17 Mart 2022 17:37
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Cümhurbaşqanı Ersin Tatar KKTC-də yaşayan ukraynalılardan ibarət nümayəndə heyətini qəbul edib. Qəbulda Ukraynadan KKTC-yə gələnlər üçün viza prosedurları kimi məsələlərlə bağlı nələrin edilə biləcəyi müzakirə edilib.
Bu barədə bayraqdar.info-ya KKTC Cümhurbaşqanlığından məlumat verilib.
Bildirilib ki, E.Tatar qəbuldakı çıxışında KKTC-nin sosial cəhətdən güclü və həssas bir dövlət olduğunu qeyd edib. O, Kıbrıs türk xalqının da 1960-cı illərdə köçlər, qarşıdurmalar və qırğınlar yaşadığını xatırladıb.
“Türkiyənin dəstəyi ilə qurduğumuz dövləti inkişaf etdiririk” deyən E.Tatar Ukrayna xalqının üzləşdiyi problemin Kıbrıs türk xalqı tərəfindən çox yaxşı başa düşüldüyünü qeyd edib.
E.Tatar KKTC-yə gələn ukraynalılar üçün lazımi giriş və viza prosedurlarının qanunvericiliyə uyğun və humanitar müstəvidə aparılması məsələsini baş nazir və daxili işlər naziri ilə müzakirə etdiyini də vurğulayıb: “Qarşılıqlı olaraq sizlərin ehtiyaclarına cavab verəcək bir şəkildə düznləmə ediləməsi lazımdı. Bu insanlar müharibənin qurbanlarıdır. Bu insanlar öz ölkələrini tərk etməli oldular. İnsan faciəsi baş verir. Bu insanları qucaqlamaq bizim borcumuzdur”.