Press "Enter" to skip to content

26 mindən çox daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı

Son yeniləmə: 17 Mart 2022 17:38

Bayraqdar.info – 2022-ci ilin fevral ayı ərzində 26 min 194 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin fevral ayı ilə müqayisədə 8,1 faiz çoxdur.

Bu barədə bayraqdar.info-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərilən xidmətlərdə operativliyə, şəffaflığa, vətəndaş məmnunluğuna xüsusi önəm verir. Bu sahədə tətbiq edilən yeniliklər, prosedurların sadələşdirilməsi daşınmaz əmlakın qeydiyyatının daha da aktivləşməsinə imkan verib.

O da qeyd edilib ki, aylıq göstəricinin 7 min 587-i (17.02 faizi ) ilkin, 18 min 607-i (82.98 faizi) isə təkrar qeydiyyatın payına düşüb: “Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 3 min 718-i fərdi yaşayış və bağ evi, 6 min 293-ü mənzil, 15 min 302-si torpaq sahəsi, 269-u qeyri-yaşayış binası, 534-ü qeyri-yaşayış sahəsi, 71-i əmlak kompleksi, 7-si isə çoxmərtəbəli yaşayış binasıdır. Qeyd edək ki, cari ilin fevral ayı ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 6 min 727-si Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür”.

Mission News Theme by Compete Themes.