Son yeniləmə: 16 Mart 2022 13:14
Bayraqdar.info – Azərbaycan Rəngkarlığı Muzeyində Böyük Britaniya istehsalı olan “Sərhədlərin məhvi: Planetimiz haqqında elm” filmi nümayiş olunub.
Bayraqdar.info -ya Muzeydən bildirilib ki, filmdə Devid Attenboro və alim Yohan Rockström Yerin biomüxtəlifliyinin dağılmasını və bu böhranın hələ də qarşısının necə alına biləcəyini araşdırır.
“75 dəqiqəlik film tamaşaçıları təkcə planetimizin sabitliyi üçün deyil, həm də bəşəriyyətin gələcəyi üçün keçməməli olduğumuz planetar hədləri kəşf etmək üçün səyahətə çıxarır. Ekran əsəri ingilis dilində təqdim edilib”, – deyə xəbərdə qeyd edilir.